Əsas məzmuna keç

Berdiməhəmmədov: Mərkəzi Asiya və Azərbaycan formatı inkişaf üçün ilkin şərtlər yaradır

Berdiməhəmmədov: Mərkəzi Asiya və Azərbaycan formatı inkişaf üçün ilkin şərtlər yaradır

bunu Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Avazada Mərkəzi Asiya ölkələri və Azərbaycan dövlət başçılarının VIII Məşvərət görüşünü bağlayarkən...

en ru

Mərkəzi və dövlət başçılarının Məşvərət görüşü birgə irəliləyiş üçün əsas siyasi və praktiki bazanı formalaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Türkmənistan prezidenti Serdar Avazada Mərkəzi Asiya ölkələri və Azərbaycan dövlət başçılarının VIII Məşvərət görüşünü bağlayarkən bəyan edib.

Onun sözlərinə görə, bu format sürətləndirilmiş iqtisadi və texnoloji inkişaf üçün ilkin yaradır, həmçinin humanitar əməkdaşlığın ardıcıllığını təmin edir.

Berdiməhəmmədov qeyd edib ki, Avazadakı iclас qeyd olunan prosesə yaradıcı və konstruktiv istiqamətlər verib.

"Dövlət başçılarının səsləndirdiyi təkliflər, ideyalar və təşəbbüslər son dərəcə konkret xarakter daşıyır, perspektivlərimizin real qiymətləndirilməsinə əsaslanır, güclü məcmu potensialdan maksimum istifadəyə yönəlib. Görüş qardaş dövlətlərin başçıları arasında ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etibarı, xalqlarımızın inkişafı, tərəqqisi və firavanlığı naminə birgə işləmə bacarığını, həm regional, həm də qlobal səviyyədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etməyi təsdiqlədi", - Berdiməhəmmədov deyib.

Türkmənistan prezidenti qeyd edib ki, məşvərət görüşlərinin altıtərəfli bu məqsədlərə nail olmaq üçün yeni imkanlar açır.

"Bugünkü müzakirələrin nəticələri bunu tam aydınlığı ilə göstərdi", - o əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…