Əsas məzmuna keç

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın ölkəmizdəki yeni diplomatik missiya rəhbəri ilə görüşüb. Tərəflər Bakı və Vyana arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

en ru

İlham Əliyev oktyabrın 5-də Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi və dilində dedi: "Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram".

Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.

Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyi ifadə etdi, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək, perspektivdə onların sayının artmasının önəminə toxunub.

Dövlətimizin başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini deyib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunuldu, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

Görüşdə ölkəmizin Avropanın təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…