Əsas məzmuna keç

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

Malayziya Baş naziri Ənvər İbrahim Azərbaycan Prezidentinə rəsmi dəvət göndərib. İki ölkə arasında əlaqələrin inkişafı və qarşıdakı səfərin detalları nələrdir?

en ru

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Malayziyanın Azərbaycanda yeni səfiri Aznifah İsnariah Binti Abdul Qani etimadnaməsini dövlət başçısına təqdim edərkən deyib.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.

həmçinin dəvətə görə təşəkkür edərək onu məmnunluqla qəbul etdiyini vurğulayıb.

Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…