Əsas məzmuna keç

Danimarkada 8,8 milyon şəxsin məlumatı ələ keçirilib

Danimarkada 8,8 milyon şəxsin məlumatı ələ keçirilib

Danimarkanın CPR əhali reyestrində təhlükəsizlik pozuntusu aşkarlanıb. Təxminən 8,8 milyon şəxsin adı, ünvanı və CPR nömrəsi ələ keçirilib.

en ru

Danimarkanın Tədqiqat, Təhsil və Rəqəmsallaşma Nazirliyi ölkənin Əhali Reyestri Sistemində (CPR) kütləvi kiber-təhlükəsizlik pozuntusunun aşkar edildiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi açıqlamaya əsasən, naməlum şəxslər şirkətlərindən birinin CPR sisteminə malik olduğu qanuni giriş hüququndan sui-istifadə edərək bazaya daxil olublar.

Nəticədə sistemdə qeydiyyatda olan təxminən 8,8 milyon şəxsin adı, yaşayış ünvanı və fərdi identifikasiya (CPR) nömrələri kənar şəxslərin əlinə keçib.

Hadisə ilə bağlı CPR rəhbərliyi dərhal müvafiq şirkətin sistemə daxil olmaq imkanını bloka alıb, fakt üzrə genişmiqyaslı istintaq-araşdırma tədbirlərinə start verilib.

Danimarkanın Tədqiqat, Təhsil və Rəqəmsallaşma naziri Kristina Egelund məsələni "son dərəcə ciddi təhlükəsizlik böhranı" kimi qiymətləndirib. O, aidiyyəti hüquq-mühafizə və kiber-təhlükəsizlik qurumları ilə birgə olayın köklərinin araşdırıldığını, gələcəkdə bu qəbil halların təkrarlanmaması üçün fərdi məlumatların mühafizəsi üzrə əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqinə başlanıldığını bildirib və ölkə sakinlərini sayıq olmağa çağırıb.

Qeyd edək ki, Danimarka mediasının məlumatına görə, ölkənin əhalisi 6 milyondan çox olsa da, fərdi məlumatlar bazası sayılan CPR sistemində vəfat etmiş və xaricdə yaşayan şəxslər də daxil olmaqla ümumilikdə 11 milyon nəfərin qeydiyyatı mövcuddur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…