Əsas məzmuna keç

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Bakıda keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Yekun bəyannamədə hansı mühüm qərarlar qəbul edilib?

en ru

Bakıda keçirilən İslam Təşkilatına (İƏT) üzv dövlətlərin İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sədrinin müavini Hüseynovun sədrliyi ilə keçirilən iclasın bugünkü bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları, Bakı Bəyannaməsi müzakirə edilib.

Müzakirələrin yekununda 28 maddədən ibarət Bakı Bəyannaməsi və digər sənədlər qəbul edilib və bununla da sessiya işini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 22-də başlayan tədbirdə 400-dən artıq nümayəndə iştirak edib.

***

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası işini davam etdirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub.

Xatırladaq ki, 400-dən artıq nümayəndənin iştirak etdiyi sessiya bu gün yekunlaşacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…