Əsas məzmuna keç

İƏT-in 20-ci sessiyası Bakıda keçirilir

İƏT-in 20-ci sessiyası Bakıda keçirilir

İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley tədbirində hansı mühüm qərarlar qəbul ediləcək? Bakıda toplaşan üzv dövlətlərin nümayəndələri regional əməkdaşlığı müzakirə edir.

en ru

Bakıda İslam Təşkilatının (İƏT) üzvü olan dövlətlərin İttifaqı Konfransının 20-ci sessiyası keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbirin açılış mərasimində İƏT ölkələri parlamentlərinin spikerləri və müavinləri, o cümlədən təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.

Belə ki, 40-dan çox ölkənin parlament , 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndənin iştirakı gözlənilir.

Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və , Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.

Sessiya iyunun 25-də başa çatacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…