İcma Ermənistana xəbərdarlıq edib

İcma Ermənistana xəbərdarlıq edib
23.09.2024 18:42
Aa
dəq

"Biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdəntəhlükəli yoldan əl çəkməyi tələb edirik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

Bildirilib ki, bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər.

Bəyanatda bu yanaşmanın, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

"Bu baxımdan, qətiyyətlə xatırlatmaq istəyirik ki, “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini birdəfəlik bərpa edib və bu, əbədidir və dönməzdir. Əslində, həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək", - bəyanatda qeyd edilib.

Həftənin ən çox oxunanları

QAİ Ermənistan prezidentinə cavab verib

QAİ Ermənistan prezidentinə cavab verib
DAVAMIN OXU davamın oxu

Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ

Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ
DAVAMIN OXU davamın oxu

QAİ bəyanat yaydı

QAİ bəyanat yaydı
DAVAMIN OXU davamın oxu

QAİ Fransaya çağırış edib

QAİ Fransaya çağırış edib
DAVAMIN OXU davamın oxu

İcma: Volker Türkün 2023-cü ilin sentyabrında baş vermiş hadisələrə dair qərəzli fikirləri təəssüf doğurur

İcma: Volker Türkün 2023-cü ilin sentyabrında baş vermiş hadisələrə dair qərəzli fikirləri təəssüf doğurur
DAVAMIN OXU davamın oxu