İsrail və HƏMAS arasında əldə edilən atəşkəs çərçivəsində dünən Qəzza zolağına yardım daşıyan 150 yük maşını daxil olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yüklər "Rəfah" Sərhəd Qapısından keçərək Qəzzaya çatdırılıb.
Yüklər sırasında 4 qaz və 3 yanacaq tankeri olub. Qeyd edilib kİ, Qəzzaya humanitar yardımlar davam edəcək.