Əsas məzmuna keç

Hörmüzdə 1600 gəmi qaldı: Gərginlik artır

Hörmüzdə 1600 gəmi qaldı: Gərginlik artır

İran-ABŞ gərginliyi fonunda yüzlərlə tanker təhlükəli sularda qalıb. Donald Trampın "Azadlıq Layihəsi" qərarı və Pakistanın müraciəti vəziyyəti necə dəyişəcək?

en ru

Hörmüz boğazı yaxınlığında hazırda təxminən 1600 və digər gəminin keçid gözlədiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Hərbi Dəniz Qüvvələri indiyədək yalnız iki gəminin təhlükəli sulardan keçidini təmin edə bilib.

CNN-in məlumatında qeyd olunur ki, ABŞ və İran arasında Hörmüz boğazında başlayan qarşıdurmadan bəri 32 gəmiyə atəş açılıb. Hadisələr nəticəsində azı 10 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı bildirilir.

Bundan əlavə, mayın 5-də ABŞ Prezidenti “ Layihəsi” əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Bildirilir ki, əməliyyat ABŞ və İran arasında aparılan danışıqların uğurla nəticələnəcəyinə dair məlumat əldə olunana qədər dayandırılıb.

Tramp həmçinin qeyd edib ki, Vaşinqton bu məsələ ilə bağlı Pakistan və digər ölkələrdən müraciətlər alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…