Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib. Məlumatı “Fars” agentliyi “Ambrey” dəniz təhlükəsizliyi şirkətinə istinadən yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin açıqlamasına görə, gəmi Omanın Xəsəb şəhərinin şimalında, Hörmüz boğazının cənub marşrutu ilə hərəkət edərkən zərbəyə məruz qalıb və nəticədə göyərtədə yanğın başlayıb.
Məlumata görə, ABŞ və İran arasında sülh sazişinin hazırlanması üçün memorandum imzalansa da, bölgədə sabitlik uzun sürməyib. Vaşinqtonun Tehranı kommersiya gəmilərinə hücum etməkdə ittiham etməsindən sonra tərəflər arasında qarşılıqlı hərbi zərbələr yenidən bərpa olunub.
Hazırda strategiya baxımından mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazından gəmilərin sərbəst və təhlükəsiz keçidi tamamilə dayandırılıb.