Operativ Məlumat Mərkəzi

Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 19-a yüksəlib

1 dəq
Paylaş:
Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 19-a yüksəlib

Hindistanın cənubunda Andhra Pradeş və Telanqana ştatlarında yağan aramsız yağışlar daşqınlara, maddi ziyana və insan tələfatına səbəb olmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Rəsmilər iki əyalətdə güclü yağışlar nəticəsində həyatını itirənlərin sayının 19-a yüksəldiyini, ölənlərin 9-nun Andhra Pradeş, 10-nun isə Telanqana əyalətindən olduğunu bildirib.

Səlahiyyətlilər qeyd edib ki, Andhra Pradeş ştatında sel suları altında qalan 3 nəfərin və Telanqanada itkin düşdüyü bildirilən 1 nəfərin axtarışları davam edir.

Andhra Pradeşdə yağışlardan zərər çəkmiş 17 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirən səlahiyyətlilər, ştat daxilində 140 qatar səfərinin ləğv edildiyini və təxminən 6 min sərnişinin stansiyalarda qapalı vəziyyətdə qaldığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər