Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hindistanda "Nipah" virusu təhlükəsi: Asiya ölkələri həyəcan təbili çalır

2 dəq
Paylaş:
Hindistanda "Nipah" virusu təhlükəsi: Asiya ölkələri həyəcan təbili çalır

Hindistanda qeydə alınan yeni yoluxma halları regionunda ciddi narahatlığa səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, heyvanlardan insanlara keçən zoonotik viruslar kateqoriyasına aid edilən "" ilk dəfə 1998-ci ildə Malayziyada aşkar edilib.

Mütəxəssislər virusun əsasən üç yolla yoluxduğunu bildirirlər:

  • İnfeksiyaya yoluxmuş yarasaların tüpürcəyi, sidiyi və ya nəcisi ilə birbaşa ;
  • Yarasaların bədən mayeləri ilə qidaların (məsələn, xurma suyu) istehlakı;
  • Xəstə insanlarla yaxın təmas nəticəsində insandan-insana keçmə.

Xəstəliyin simptomları adətən 4 gündən 3 həftəyə qədər olan müddətdə özünü büruzə verir. "Nipah" virusuna yoluxanların təxminən yarısı həyatını itirir. Virus pnevmoniya ilə yanaşı, beyin iltihabına () səbəb olur ki, bu da ən təhlükəli fəsad hesab edilir. Simptomlar arasında yüksək qızdırma, qıcolmalar, tənəffüs çətinliyi, huşun itirilməsi və şiddətli baş ağrıları yer alır.

Hazırda bu virusa qarşı rəsmi təsdiqini tapmış peyvənd və ya xüsusi müalicə metodu mövcud deyil. Avstraliyada hazırlanan "m102.4" adlı müalicə üsulu üzərində klinik sınaqlar davam etdirilir. 2020-ci ildə aparılan araşdırmalar ümidverici olsa da, preparatın kütləvi istifadəsi üçün hələ vaxt lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri qeyd edirlər ki, "Nipah" virusunun insandan-insana keçmə qabiliyyəti məhdud olduğu üçün onun COVID-19 miqyasında qlobal pandemiyaya çevrilmə ehtimalı aşağıdır. Bununla belə, riskli bölgələrə səyahət edən şəxslərə qızdırma müşahidə olunduqda dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax