Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında davam edən yağışlar nəticəsində qədim hindu məbədi çöküb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ştat rəsmisi Sukvinder Sink Suku məlumat verib.
Hadisə zamanı 9 nəfərin öldüyü bildirilib.Təbii fəlakət nəticəsində 20-25 nəfərin dağıntılar altında qaldığı güman edilir.
Xatırladaq ki, Hindistanda son sutka ərzində yağışla bağlı baş verən insidentlərdə 24 nəfər vəfat edib.