Əsas məzmuna keç

Hindistanda keçmiş baş nazirin ölümü ilə bağlı 7 günlük matəm elan edilib

Hindistanda keçmiş baş nazirin ölümü ilə bağlı 7 günlük matəm elan edilib

Hindistan hakimiyyəti ölkənin keçmiş baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan etmək qərarına gəlib. Bu barədə Hindistanın...

Hindistan hakimiyyəti ölkənin keçmiş baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük elan etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Vəfat etmiş hörmətli şəxsə ehtiram olaraq 26 dekabr 2024-cü ildən 2025-ci il yanvarın 1-dək Hindistanda yeddi günlük dövlət matəm elan edilməsi qərara alınıb. Bu müddət ərzində milli bayraq bütün Hindistanda yarıya qədər endiriləcək”, - deyə nazirlikdən bildirilib.

Səlahiyyətlilər dövlət dəfn mərasiminin keçirilməsinə də qərar verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…