Əsas məzmuna keç

Bu gün Nepalda milli matəm günü elan edildi

Bu gün Nepalda milli matəm günü elan edildi

Rasuva bölgəsindəki buzlaq çökməsi nəticəsində 1340-dan çox insan həlak olub. Himalay dağlarında baş verən faciənin təfərrüatları və itkinlərin taleyi məlum olub.

en ru

Nepalda Çinlə sərhəddə yerləşən bölgədə baş verən dağıdıcı daşqın və torpaq sürüşmələrindən sonra 7 sentyabr milli günü elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Təbii fəlakətin 13-cü günündə hökumət 1340-dan çox insanın xatirəsini yad edib.

Qeyd edək ki, avqustun 26-da Çinin sərhədində yerləşən Rasuva bölgəsi və ətraf ərazilərdə yüksək Himalay dağlarında buzlaq süxurlarının çökməsi nəticəsində güclü torpaq sürüşmələri baş verib. Fəlakət nəticəsində təxminən 5 min nəfər, o cümlədən 589 əcnəbi hələ də itkin hesab olunur. Nepalın şimal və mərkəzi bölgələrində infrastruktura ciddi ziyan dəyib. Ən çox zərər çəkən ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. səbəbindən ən azı 32 min ailə təxliyə edilib, təxminən 7500 ev isə tamamilə dağılıb. Fəlakətin Çinin bəzi ərazilərinə də təsir etdiyi bildirilir. ölkənin cənub-qərbində yerləşən muxtar bölgəyə 2500-dən çox xilasedici göndərib. Çin ərazisində isə 43 nəfərin öldüyü, 519 nəfərin itkin düşdüyü bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…