Əsas məzmuna keç

“Bayden Ukraynada münaqişəni qızışdırmağa çalışır”

“Bayden Ukraynada münaqişəni qızışdırmağa çalışır”

bunu Hindistanın məşhur politoloqu Nandan Unnikrişnan deyib. “Düşünürəm ki, Bayden administrasiyasının bu qərarı həqiqətən də münaqişənin...

ABŞ-ın prezidenti Co Baydenin ərazisindən Rusiyanın dərinliklərinə hücumlara icazə vermək qərarı Vaşinqtonun münaqişəni gərginləşdirmək və ABŞ-ın yeni seçilmiş prezidenti Trampa problemlər yaratmaq istəyini nümayiş etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Hindistanın məşhur politoloqu Nandan Unnikrişnan deyib.

“Düşünürəm ki, administrasiyasının bu qərarı həqiqətən də münaqişənin kəskinləşməsidir. Bu, belə demək mümkünsə, prezidentlikdən getməzdən əvvəl bir jestdir”,- deyə o, qeyd edib.

Politoloqun fikrincə, bu, Baydenin Ukrayna münaqişəsi ilə bağlı son hərəkəti olmaya bilər. Ekspertin fikrincə, ABŞ Baydenin hakimiyyətinin sonuna qədər Ukrayna Silahlı Qüvvələrini əvvəllər Ukrayna tərəfinə verilməyən silahlarla təchiz etməyə başlaya bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…