Əsas məzmuna keç

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

ICESCO-nun Baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda...

Bakıda keçirilən “İslam dünyasında indeksinin təqdimatı” beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Fondunun vitse-prezidenti ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ICESCO-nun Baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Qonaq beynəlxalq konfransda aparılan fikir mübadiləsi, keçirilən görüşlərin süni intellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına () üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə olacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizə davamlı dəstəyinə və mədəniyyətimizin təşviqinə istiqamətlənən tədbirlərə görə ICESCO-ya minnətdarlığını çatdırıb.

Ölkəmizlə ICESCO arasında mövcud olan uğurlu əməkdaşlığın, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ICESCO ilə səmərəli və sıx əlaqələrinin bu işbirliyinin daha da genişləndirilməsinə xidmət etdiyi vurğulanıb, iki qurum arasında elm, təhsil, mədəniyyət sahələrində gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı imzalanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…