Əsas məzmuna keç

Hərbi xərclər 2025-ci ildə rekord həddə çatdı

Hərbi xərclər 2025-ci ildə rekord həddə çatdı

SIPRI: Dünyada silahlanma yarışı sürətlənir. ABŞ, Çin və Rusiya büdcə rekordçusudur. Türkiyənin xərcləri 30 milyard dolları ötdü. Bəs İsrail və İranda son durum nədir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2025-ci ildə qlobal hərbi xərclər 2,887 trilyon dollara çatıb ki, bu da 2024-cü illə müqayisədə 2,9% çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Stokholm Beynəlxalq Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında qeyd olunub.

İnstitutun ekspertlərinin fikrincə, ABŞ-də xərclər azalıb, lakin Avropada 14%, Asiya və Okeaniyada isə 8,1% artıb.

Ən çox hərbi xərcləri olan üç ölkə -ABŞ, və ümumilikdə 1,480 trilyon dollar xərcləyib ki, bu da dünya üzrə ümumi göstəricinin 51%-ni təşkil edir.

Bundan əlavə, ekspertlər qeyd edirlər ki, hərbi xərclər artıq 11-ci ildir ardıcıl olaraq artır.

SIPRI-nin Hərbi xərclər və silah istehsalı proqramının tədqiqatçısı Syao Lyan bildirib ki, dövlətlər müharibə, qeyri-müəyyənlik və geosiyasi sarsıntılarla müşayiət olunan növbəti ilə silahlanmanı genişləndirməklə reaksiya veriblər:

"Mövcud böhranların miqyası və bir çox ölkələrin uzunmüddətli hərbi xərclər hədəfləri nəzərə alınarsa, bu artımın 2026-cı ilin sonuna qədər və daha sonra da davam edəcəyi ehtimal olunur.”

2025-ci ildə Yaxın Şərqdə hərbi xərclər təxminən 218 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə cəmi 0,1% çoxdur.

İsrailin hərbi xərcləri 4,9% azalaraq 48,3 milyard dollara düşüb. Bu, 2025-ci ilin yanvarında HƏMAS ilə atəşkəs razılaşmasından sonra Qəzzada müharibənin intensivliyinin azalmasını əks etdirir.
Türkiyənin hərbi xərcləri 2025-ci ildə 7,2% artaraq 30,0 milyard dollara çatıb. Bu artım qismən İraq, Somali və Suriyada davam edən hərbi əməliyyatlarla bağlıdır.

İranın xərcləri isə ikinci ildir ki, azalır — 2025-ci ildə 5,6% azalaraq 7,4 milyard dollara enib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…