Əsas məzmuna keç

İlham Əliyev Albaniya Prezidentini təbrik edib

İlham Əliyev Albaniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayı ölkənin milli bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Hörmətli cənab...

en ru tr

İlham Əliyev Prezidenti Bayram Beqayı ölkənin milli münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab ,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Albaniya və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.

Əminəm ki, birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə və daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…