Bakıda qrapplinq, pankration və həvəskarlar arasında MMA üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Tədbir “Sərhədçi” İdman Mərkəzində təşkil olunub.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç və Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov çıxış ediblər.
Noyabrın 29-dək davam edəcək çempionatda müxtəlif ölkələri təmsil edən idmançılar iştirak edirlər. Onlar qrapplinq, pankration və həvəskarlar arasında MMA üzrə müxtəlif yaş və çəki kateqoriyalarında mübarizə aparırlar.
Kontekst
Noyabrın 1-də açıqlanan məlumata görə, Bakı noyabrın 23-dən 29-dək bu üç idman növü üzrə dünya çempionatlarına ev sahibliyi edəcək. Yarışların eyni məkanda keçirilməsi nəzərdə tutulub.