Əsas məzmuna keç

Havay adalarında yanğınlarda ölənlərin sayı 70-ə yaxınlaşıb

Havay adalarında yanğınlarda ölənlərin sayı 70-ə yaxınlaşıb

ABŞ-nin ştatının adalarından birindən olan Mauidə baş verən yanğınlar sonucunda ölənlərin sayı 67 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Maui dairəsinin idarəsi məlumat yayıb.

“Ölənlərin sayı 67-yə çatıb”, - idarənin açıqlamasında bildirilib.

Daha öncə ştatın qubernatoru Coş CNN-ə müsahibəsində qurbanların sayının artacağını istisna etməyib.

Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlanıb. səbəbindən qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Sonucda şəhər tamamilə yanıb, insanlar yanğından uzaqlaşmaq üçün okeana üzüblər. Onlar Sahil Mühafizəsi və könüllülər tərəfindən qurtarılıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…