Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Harry Potter” pərəstişkarları “Dobby”nin məzarını xilas etdi: 580 milyonluq layihə dəyişdirildi

2 dəq
Paylaş:
“Harry Potter” pərəstişkarları “Dobby”nin məzarını xilas etdi: 580 milyonluq layihə dəyişdirildi

Böyük Britaniyada həyata keçirilən 580 milyon dollarlıq “ layihəsinin marşrutu “” pərəstişkarlarının etirazlarından sonra dəyişdirilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, layihə çərçivəsində planlaşdırılan 125 millik kabel xəttinin ilkin marşrutu filmdə “Dobby” obrazının ölüm səhnəsinin çəkildiyi və daha sonra pərəstişkarlar tərəfindən xatirə məkanına çevrilən ərazidən keçməli olub.

Məlumata görə, layihənin icraçısı “” şirkətinin rəhbəri Simon Ludlam ilkin planın açıqlanmasından sonra şirkətə minlərlə narazılıq zəngi və mesajı daxil olduğunu bildirib.

Pərəstişkarlar “Dobby”nin xatirəsinə hörmətlə yanaşılmasını və ərazinin qorunmasını tələb ediblər.

Yaranmış narazılıqları nəzərə alan mühəndis qrupu kabel xəttinin istiqamətini dəyişib. Yeni marşrut “Dobby”nin xatirəsinə ucaldılan abidə və onun ətrafındakı əraziyə zərər dəyməyəcək şəkildə müəyyənləşdirilib.

Uelsin cənub-qərbində yerləşən “” çimərliyi isə hər il minlərlə turistin ziyarət etdiyi məkana çevrilib. Ziyarətçilər əraziyə əsasən “Dobby”nin xatirəsinə qoyulan rəngli daşları və yazılmış mesajları görmək üçün gəlirlər.

Qeyd edək ki, 2022-ci ildə “National Trust” ətraf mühitin qorunması məqsədilə ziyarətçilərə çimərliyə corab və digər əşyalar atmamaq barədə xəbərdarlıq edib. Bununla belə, qurum “Dobby” abidəsinin yerində qalmasına icazə verərək pərəstişkarların məkana olan bağlılığını nəzərə alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax