Əsas məzmuna keç

HAMAS 7 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

HAMAS 7 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

bu barədə "Jerusalem Post" məlumat yayıb. Bildirilib ki, HAMAS 7 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər....

HAMAS əsas mübadilə üçün qalan israilli girovların birinci qrupunu azad edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.

Bildirilib ki, HAMAS 7 Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər. Onlar Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalaldır.

Azad edilmə mərasimi Xan Yunisdə baş tutub.

İsrail isə uzunmüddətli cəzaya məhkum edilmiş 250 fələstinlini, eləcə də 2023-cü il oktyabrın 7-dən bəri həbs olunan 1700-dən çox fələstinli məhbusu azad edəcək.

Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…