Əsas məzmuna keç

Hakan Fidan həmkarı ilə görüşdü

Hakan Fidan həmkarı ilə görüşdü

Ankarada Maxime Prevot ilə bir araya gələn Türkiyə XİN rəhbəri enerji və müdafiə üzrə mühüm sazişlər imzalayıb. Kraliça Mathildenin səfərindən olan detallar xəbərimizdə.

en ru

Türkiyənin naziri Belçikanın baş nazirinin müavini və xarici işlər naziri Maxime Prevot ilə Ankarada görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, görüş Belçika İqtisadi Missiyasının Türkiyəyə səfəri çərçivəsində baş tutub.

və Belçika Xarici İşlər nazirliklərinin birgə açıqlamasında bildirilib ki, Belçika kralı Philippe adından Kraliça Mathilde rəhbərliyindəki nümayəndə heyətinin səfəri 10–14 may tarixlərində İstanbul və Ankaradadır.

Kraliça Mathilde İstanbulda Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və xanımı Emine Erdoğan tərəfindən qəbul edilib.

Səfər çərçivəsində , müdafiə sənayesi, logistika, rəqəmsal transformasiya, aviasiya, kosmos və əczaçılıq kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Açıqlamada qeyd olunub ki, Belçikadan federal və regional qurumlar, şirkətlər, ticarət palataları və akademik dairələr daxil olmaqla 400-dən çox nümayəndə missiyada iştirak edib.

Tərəflər arasında müdafiə sənayesi, sosial təminat, mobilik və aqrar-ərzaq təhlükəsizliyi sahələrində bir sıra saziş və memorandumlar imzalanıb.

Bəyanatda Türkiyə və Belçikanın NATO müttəfiqləri kimi regional və qlobal məsələlərdə əməkdaşlığı gücləndirmək niyyətində olduqları vurğulanıb. Eyni zamanda, Türkiyə–Aİ münasibətlərinin və Gömrük Birliyinin yenilənməsinin əhəmiyyəti qeyd edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…