Cənubi Qafqazı sülh, rifah və sabitlik mərkəzinə çevirmək imkanımız var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.
Türkiyə XİN başçısı vurğulayıb ki, Tbilisidəki görüşdən sonra istər regionda, istərsə də qlobal miqyasda dəhşətli hadisələrə şahidlik edilib: “Bölgədə müsbət hadisələr də baş verdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Gürcüstan Avropa İttifaqına namizəd statusu qazandı. Bakı-Tbilisi-Qars dəmiryolu tam potensialı ilə fəaliyyət göstərməlidir”.
H.Fidan Qarabağ zəfərinin doğurduğu reallıqlardan da söz açıb: “Zəfər bölgədə yeni reallıqlar yaradıb. Artıq bölgədə qalıcı sülhü təmin etmək mümkün görünür. Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik. Ceyhun Bayramov Azərbaycan-Ermənistan arasındakı son görüş barədə bizi məlumatlandırdı”.
O, Azərbaycanın COP29-a ev sahibliyini yüksək qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.