Əsas məzmuna keç

Hakan Fidan: Qara dənizdəki gəmi hücumları ilə bağlı xəbərdarlıq etdik

Hakan Fidan: Qara dənizdəki gəmi hücumları ilə bağlı xəbərdarlıq etdik

Türkiyə XİN rəhbəri Ceyhun Bayramovla birgə brifinqdə Rusiya-Ukrayna müharibəsi və dənizdəki təhlükəsizlik böhranı ilə bağlı kritik açıqlamalar verib.

en ru

Qara dənizdə gəmilərə hücumla bağlı münaqişə tərəflərinə (Rusiya və Ukrayna - red.) lazımi edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin naziri Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.

O, bugünkü görüşdə azərbaycanlı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini də müzakirə etdiklərini bildirib:

"Son vaxtlar Qara dənizdə yük gəmilərinə qarşı hücumlar ciddi narahatlıq doğurur. Təəssüf ki, və Türkiyə vətəndaşları arasında həlak olanlar da var. Biz münaqişə tərəflərinə bu məsələ ilə bağlı lazımi xəbərdarlıqlarımızı edirik. Son günlərdə bu təmaslar daha da artırılıb".

Nazir həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına ciddi təsir göstərir:

"Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri öz mövqeyini ortaya qoyub. Rəcəb Tayyib Ərdoğanın bu məsələdə nümayiş etdirdiyi mövqeyi sahədə gerçəkləşdirmək üçün işlər görülüb. Tərəflərlə danışıqlar aparmışıq, bununla bağlı işlər davam etdirilir. Bu müharibə dünya iqtisadiyyatına da böyük ziyan vurur".

Eyni zamanda Hakan Fidan vurğulayıb ki, ABŞ, Türkiyə və digər dövlətlər müharibənin bitməsi üçün səylərini davam etdirir:

"Qara dənizlə bağlı tərəflərlə görüşürük, cavablar alırıq, həmçinin təkliflər veririk. Artıq hədəfə alınmayan yer yoxdur. Müharibənin daha da genişlənməməsi üçün savaş dayandırılmalıdır. Fikrimcə, artıq hər iki tərəf psixoloji cəhətdən də yorulub. Belə dönəmdə də əlaqələndirici ölkələr səylərini, təmaslarını gücləndirir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…