Əsas məzmuna keç

Gəminin vurulması nəticəsində xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmi

Gəminin vurulması nəticəsində xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmi

Azov dənizindəki dron hücumunda yaralanan soydaşlarımızın səhhəti ilə bağlı XİN-dən son açıqlama: Yeysk xəstəxanasında müalicə alan şəxslərin vəziyyəti necədir?

en ru

Xarici İşlər Nazirliyi dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan vətəndaşlarımızın vəziyyəti barədə məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN-in məlumatında deyilir:

“Qeyd edildiyi kimi, 5 iyun tarixində Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşmüşlər.

Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.

Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.

Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…