Əsas məzmuna keç

XİN vətəndaşları Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb

XİN vətəndaşları Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb

Xarici İşlər Nazirliyi təhlükəsizlik riskləri səbəbindən hərb bölgələrindəki dənizçilərə xəbərdarlıq edib. Gəmi heyəti üçün hansı təhdidlər mövcuddur?

en ru

Xarici İşlər Nazirliyi bir daha vətəndaşları hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Qara dənizdə Bolqarıstan sahili yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualına cavabında qeyd edilib.

"Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən vasitələrində, xüsusilə Qara dəniz və dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qara dənizdə Bolqarıstan sahili yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu "CHELSEA-3" adlı xarici yük gəmisi hücuma məruz qalıb, 15 nəfərdən ibarət heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…