Əsas məzmuna keç

Gələn il İpoteka Fondunun büdcədən alacağı vəsaitin məbləği açıqlanıb

Gələn il İpoteka Fondunun büdcədən alacağı vəsaitin məbləği açıqlanıb

Gələn il Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına bu illə müqayisədə 4,7 % çox - 89 milyon...

en ru

Gələn il Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına bu illə müqayisədə 4,7 % çox - 89 vəsait nəzərdə tutulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

"Bu vəsait əhalinin mənzilə tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün əlavə imkanlar yaradacaq", - deyə büdcə zərfində qeyd olunub.

Bununla yanaşı, gələn il Fond büdcədən sahibkarların banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün vəsait almayacaq (bu il bu məqsədlə 15 milyon manat ayrılıb). Bu il iyunun 9-da İlham sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Fondun kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində " Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib.

Kalkulyator

Güzəştli, adi və ya bank ipotekası: aylıq ödənişi, ilkin ödənişi və lazım olan gəliri hesablayın.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…