Perulu müdafiəçi Xose Hüqo De la Kruz Meza futbol matçı zamanı ildırım vuraraq dünyasını dəyişib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
İnsident "Juventud Bellavista" və "Familia Ciocca" klubları arasında Huancayoda (Peru) baş tutan görüşün 23-cü dəqiqəsində baş verib.
Fırtına səbəbindən hər iki komandanın futbolçuları meydanı tərk edib, qapıçının yanında olan müdafiəçini ildırım vurub.
Müdafiəçinin yanında olan qapıçı ciddi yanıqlar alsa da, sağ qalıb.