Əsas məzmuna keç

Maradonanın "Tanrının əli" qolu zamanı istifadə olunan top 3,3 milyon dollara satıldı

Maradonanın "Tanrının əli" qolu zamanı istifadə olunan top 3,3 milyon dollara satıldı

Futbol tarixinin ən mübahisəli və yaddaqalan anlarından birinin şahidi olan top hərracda yeni sahibini tapıb.

en ru

Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında vurduğu məşhur “Tanrının əli” qolunda istifadə olunan top 3,3 milyon dollara satılıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ-nin “Heritage Auctions” evində keçirilən satışda “Adidas Azteca” markalı top alıcıya 3,3 milyon dollara başa gəlib.

Topu həmin oyunun baş hakimi, tunisli Əli Bin Nasser matçdan sonra saxlayıb və 30 ildən çox müddətdə qoruyub. O, 2023-cü ildə rəsmi sənədlə topun məhz və İngiltərə arasında keçirilən qarşılaşmada istifadə olunan top olduğunu təsdiqləyib.

Top ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satılıb. Lakin növbəti il satışa çıxarılsa da, gözlənilən minimum qiymətə təklif gəlmədiyi üçün hərrac baş tutmayıb.

Xatırladaq ki, Maradona həmin oyunda Argentina millisinin 2:1 hesablı qələbəsində hər iki vurub. İlk qol “Tanrının əli”, ikinci qol isə “əsrin qolu” adı ilə tarixinə düşüb.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 09.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…