Əsas məzmuna keç

Taylandda ildırım meydançaya düşdü, oyunçu həyatını itirdi

Taylandda ildırım meydançaya düşdü, oyunçu həyatını itirdi

Taylandın Sunqai Kolok bölgəsində keçirilən futbol turnirində ildırım düşməsi nəticəsində bir futbolçu dünyasını dəyişib, doqquz nəfər isə xəsarət alıb.

en ru

Taylandda matçı zamanı baş verən hadisəsi faciə ilə nəticələnib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə Kolok bölgəsində yerləşən “Santiphap” stadionunda keçirilən “Golok FA Cup 2026” turnirinin yarımfinal qarşılaşması zamanı baş verib.

Məlumata görə, matçın uzatma dəqiqələrində stadionun mərkəzi hissəsinə ildırım düşüb. Güclü elektrik boşalması nəticəsində meydanda olan bir neçə futbolçu yerə yıxılıb.

Hadisə yerinə dərhal tibbi yardım briqadaları cəlb olunub və zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Lakin “” klubunun futbolçusu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Bildirilib ki, hadisə zamanı daha 9 futbolçu yaralanaraq xəstəxanaya yerləşdirilib.

Sunqai Qolok polis rəisi Thun Sirikhunt bildirib ki, qarşılaşma güclü yağış və külək şəraitində keçirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

“FC Yala” klubu isə futbolçunun ölümü ilə bağlı başsağlığı verərək onun ailəsinə və yaxınlarına dəstək ifadə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…