Yaponiyanın Miyazaki şəhərində futbol matçı zamanı 18 şagirdi ildırım vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
Hadisə yerli universitetin futbol stadionunda baş verib, iki məktəb komandası təlim-məşq toplanışı keçirərkən oğlanları qəfil ildırım vurub.
18 futbolçu yaralanıb və yanıq xəsarətləri alıb, iki zərərçəkən infarkt keçirib, uşaqlar xilas edilib, vəziyyətləri son dərəcə ağır qiymətləndirilir.