Əsas məzmuna keç

Fransız təyyarəsi Ukrayna-Rumıniya sərhədində uçuş edir

Fransız təyyarəsi Ukrayna-Rumıniya sərhədində uçuş edir

Vulcanair P.68 Observer 2 modelinin Kluj-Napoka hava limanından başlayan sirli marşrutu bölgədə kəşfiyyat narahatlığı yaratdı. Görəsən, bu uçuşun məqsədi nədir?

ru en

Fransada qeydiyyatdan keçmiş yüngül müşahidə təyyarəsi Rumıniya ilə arasındakı boyunca uçuş həyata keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, “Vulcanair P.68 2” tipli təyyarə təxminən 1,5 kilometr yüksəklikdə sərhəd xətti boyunca hərəkət edir və onun uçuş marşrutu sərhədin demək olar ki, bütün hissəsini əhatə edir.

Qeyd olunub ki, bu tip təyyarələr əsasən yüngül yük daşınması və təlim məqsədləri üçün istifadə olunur.

Lakin iki turbovintli mühərriklə təchiz edilmiş bu model müşahidə və tapşırıqlarını yerinə yetirmək imkanına da malikdir.

Təyyarə Rumıniyanın şimal-qərbində yerləşən Kluj-Napoka şəhərinin hava limanından havaya qalxaraq Ukrayna sərhədinə istiqamətlənib və hazırda həmin ərazi boyunca uçuşunu davam etdirir.

Mənbə qeyd edib ki, bu növ təyyarənin sərhəd bölgəsində belə marşrut üzrə uçuşu ilk dəfə qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl Rumıniya–Ukrayna sərhədinin Qara dənizə yaxın hissəsində “Bombardier Challenger 650 Artemis II” tipli kəşfiyyat və hədəf müəyyənləşdirmə təyyarəsinin uçuşu da müşahidə edilmişdi. Təyyarə Rumıniyanın Konstansa şəhərindəki hava limanından qalxaraq Qara dənizin neytral suları üzərində dövrə vurmuşdu.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…