Operativ Məlumat Mərkəzi

Fransada Olimpiadanın açılış mərasimi öncəsi qatar xətlərində təxribat

2 dəq
Paylaş:
Fransada Olimpiadanın açılış mərasimi öncəsi qatar xətlərində təxribat
bu barədə Fransanın milli dəmir yolu şirkəti SNCF "X" hesabında Olimpiya Oyunları öncəsi qatarların hərəkətində yaranan fasilələrlə bağlı məlumat yayıb....

Fransada 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış qatar xətlərinin “zərərli şəxslərin hərəkətləri” səbəbindən böyük ölçüdə kəsildiyi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransanın milli dəmir yolu şirkəti SNCF "X" hesabında Olimpiya Oyunları öncəsi qatarların hərəkətində yaranan fasilələrlə bağlı məlumat yayıb.

Açıqlamada Fransanın qərbi, şimalı və şərqindəki qatar xidmətlərinin "zərərli şəxslərin hərəkətlərindən" təsirləndiyi bildirilib.

SNCF-nin açıqlamasına görə, bu hərəkətlərə görə qonşu Belçikaya və La-Manş boğazı ilə Londona gedən qatarlarda fasilələr yaranıb.

Açıqlamada, "yüksək sürətli qatar şəbəkəsini pozmağa yönəlmiş bu böyük hücumdan" sonra bir çox qatarın fərqli xətlərə yönləndirildiyi və ya ləğv edildiyi ifadə edilib.

Bildirilib ki, dəmir yolu nəqliyyatında yaranan axsamalardan zərər çəkənlərin xəbərdar ediləcəyi vurğulanaraq, "imkanı olan bütün sərnişinlərdən səfərlərini təxirə salıb stansiyaya getməmələri xahiş edilib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər