Əsas məzmuna keç

Fransada koronavirusun yeni variantı sürətlə yayılır

Fransada koronavirusun yeni variantı sürətlə yayılır

Fransada koronavirusun omikron ştamının yeni variantı - (EG.5.1) sürətlə yayılır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Qeyd olunub ki, yoluxma halına daha çox zonalarında gəlinir.

Məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz artdığı bildirilib.

Həmçinin 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artım olduğu vurğulanıb.

Alimlər yeni variantın ictimai riskinin o qədər də çox olmadığını düşünürlər.

Amma bununla yanaşı Erisin qlobal miqyasda yayıla bilməsi və yoluxma hallarının artması istisna edilmir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…