Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail parlamenti buraxıldı, seçki prosesi başlayır

2 dəq
Paylaş:
İsrail parlamenti buraxıldı, seçki prosesi başlayır

İsrail parlamenti () oktyabrın 27-də keçiriləcək ümumi öncəsi fəaliyyətini başa vurub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Knessetdə keçirilən səsvermə zamanı parlamentin buraxılmasını nəzərdə tutan qanun layihəsi yekdilliklə qəbul edilib. Bununla da qanunverici orqanın dörd illik səlahiyyət müddəti başa çatıb.

Knesset sədri bildirib ki, bu müddət ərzində doqquz büdcə layihəsi və yüzlərlə qanun qəbul olunub. O, deputatlara göstərdikləri etimada görə təşəkkür edib.

Məlumata görə, İsrail siyasi tarixində hökumətin və parlamentin tam dörd illik müddəti başa vurması nadir hadisə hesab olunur. Ölkədə bu hal sonuncu dəfə 1988-ci ildə qeydə alınıb.

Qeyd edilir ki, 2022-2026-cı illəri əhatə edən hakimiyyət dövründə ilk dəfə seçkilərə getmədən parlament müddətini tamamlayıb. İsrail Demokratiya İnstitutunun məlumatına əsasən, ölkədə seçkilər orta hesabla hər 2,4 ildən bir keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax