Əsas məzmuna keç

Fransada fermerlərin etirazları davam edir

Fransada fermerlərin etirazları davam edir

Fransanın Baş naziri Attalın hökumətin güzəştləri ilə bağlı çıxışı ölkədə edən fermerlərin qəzəbini soyutmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fransa hökumətinin vəziyyəti sakitləşdirmək cəhdləri nəticə verməyib və fermerlər etiraz nümayişlərini davam edərək, ölkənin əsas aparıcı yollarını blokadaya alıblar. Ölkədə vəziyyət son dərəcə gərginləşib.

Fransanın əsas fermerlər birliyi olan Həmkarlar İttifaqlarının Milli Federasiyası (FNSEA) hökumətin reaksiyasından məyus olduqlarını açıq şəkildə ifadə edib. Federasiyanın prezidenti Arno Russo isə TF1 telekanalında çıxışı zamanı hökumətin elan etdiyi tədbirlərin qeyri-kafi olduğunu bildirərək, fermerləri etirazları davam etdirməyə çağırıb.

Nümayişlərin nəticəsində əsas magistral yollar bloklanıb və nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb.

Fermerlər bu gün gecə paytaxt Parisi blokadaya alacaqları ilə təhdid edirlər. Fermerlər Parisə daxil olan bütün avtomobillərinin qarşısını kəsəcəklərini bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…