Əsas məzmuna keç

Fransa XİN: Azərbaycan və Ermənistan sülh yolunda ciddi addımlar atıb

Fransa XİN: Azərbaycan və Ermənistan sülh yolunda ciddi addımlar atıb

Paskal Konfavrö Vaşinqton razılaşmasının ildönümü ilə bağlı bəyanat yaydı. Fransa Cənubi Qafqazda sərhədlərin açılması və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

en ru

bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və qətiyyətli addımlar atıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin ildönümü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

"2026-cı il avqustun 8-də və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş tarixi razılaşmanın birinci ildönümü qeyd olunur. Ötən il ərzində hər iki ölkənin hakimiyyət orqanları sülhü öz xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və cəsarətli addımlar atıblar", - məlumatda bildirilib.

Onun sözlərinə görə, Fransa Cənubi Qafqazın yenidən tamhüquqlu məkanına və Avropa ilə Asiya arasında birləşdirici halqaya çevrilməsi üçün bu prosesin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyası, sərhədlərin açılması və regional əlaqələrinin inkişafı ilə davam edəcəyinə ümid edir.

O əlavə edib ki, Fransa avropalı tərəfdaşları ilə birgə Azərbaycanın və Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə bu prosesə fəal şəkildə dəstək verməyə davam edəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…