Əsas məzmuna keç

Fransa Trampın "Sülh Şurası" təşəbbüsündə iştirakdan imtina edir

Fransa Trampın "Sülh Şurası" təşəbbüsündə iştirakdan imtina edir

Rəsmi Paris ABŞ-ın yeni təklifinin BMT-nin beynəlxalq nüfuzuna xələl gətirə biləcəyindən ehtiyat edir.

en ru

Fransa ABŞ Prezidenti Trampın münaqişədən sonrakı nizamlanma üzrə yaratdığı " Şurası"nda iştirak etməkdən imtina etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi Fransa Prezidenti Emmanuel Makrona yaxın mənbəyə istinadən yayıb.

Mənbənin bildirdiyinə görə, rəsmi bu təşəbbüsün BMT-nin qlobal rolunu sual altına qoymasından narahatdır.

Qeyd olunur ki, beynəlxalq təşkilatın statusu toxunulmaz qalmalıdır.

“The Financial Times” nəşrinin məlumatına görə isə, Ağ Ev bu şuranı BMT-yə potensial alternativ kimi görür. Vaşinqtonun şuranın səlahiyyətlərini genişləndirərək və Venesuela kimi digər münaqişə ocaqlarını da bura daxil edəcəyi gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…