"Formula 1": Birinci sərbəst yürüşdə qısa fasilə olub, trasa dəmir parçası düşüb

"Formula 1": Birinci sərbəst yürüşdə qısa fasilə olub, trasa dəmir parçası düşüb
13.09.2024 14:26
Aa
dəq

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşündə qısa fasilə yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, buna trasa dəmir parçasının düşməsi səbəb olub.

Təxminən 6 dəqiqəlik fasilədən sonra yarış bərpa edilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Həftənin ən çox oxunanları