Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, sprint yarışının sonunda xaos yaşanıb.
Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 26-da başa çatacaq.
***
"Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, "İnvicta Racing"in pilotu Coşua Durksenin idarə etdiyi bolid baryerə çırpılıb.
Təhlükəsizlik avtomobili trasa girib.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
***
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, hadisə yarışın startında qeydə alınıb.
İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.
Nəticədə sarı bayraq qaldırılıb. M. Boya yarışda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.