Əsas məzmuna keç

"Flydubai" reysi ilə bağlı insidentə İranın reaksiyası izah edildi

"Flydubai" reysi ilə bağlı insidentə İranın reaksiyası izah edildi

İran hadisənin İsrail xüsusi xidmətlərinin təxribatı ola biləcəyini irəli sürüb. Şərqşünas Andrey Zeltyn Tehranın bu mövqeyini şübhələri özündən yayındırmaq cəhdi kimi qiymətləndirib.

en ru

İranın “” aviaşirkətinə məxsus təyyarə ilə bağlı yaşanan insidentə görə İsrail xüsusi xidmət orqanlarını günahlandırması diqqəti əsas məsələdən yayındırmaq cəhdidir. Bu fikri Ali İqtisadiyyat Məktəbinin baş müəllimi, şərqşünas bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rusiyalı ekspert İranın bu cür ittihamlarla çıxış etməsinin təəccüblü olmadığını və Tehranın məsuliyyətdən yayınmaq üçün tez-tez oxşar üsullara əl atdığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, İsrail xüsusi xidmət orqanlarının qarşıdurmanı yenidən alovlandırmaq üçün mülki təyyarənin pilot kabinəsində süni şəkildə insident yaratmasına heç bir ehtiyacı yox idi.

Xatırladaq ki, hadisə sentyabrın 30-da səhər saatlarında Təl-Əvivə uçan təyyarədə baş verib. Uçuş zamanı kəskin hündürlük itirən hava gəmisi əvvəlcə 7700 fövqəladə vəziyyət, daha sonra isə təyyarənin ələ keçirilməsi şübhəsini bildirən 7500 kodu ilə təhlükə siqnalı göndərib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…