Əsas məzmuna keç

Fikrət Məmmədovun qızı deputat seçilib?

Fikrət Məmmədovun qızı deputat seçilib?

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. "Yayılan xəbərləri təkzib edərək, həmin şəxsin...

Konstitusiya Məhkəməsi Məmmədovun qızının deputat seçilməsi barədə xəbərlərə bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, məlumatlar həqiqətə uyğun deyil.

"Yayılan xəbərləri təkzib edərək, həmin şəxsin hakim Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsinin olmadığını bildiririk", - deyə qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının vəkili seçilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilib ki, 1 sentyabr 2024-cü il tarixində keçirilən növbədənkənar parlament seçkilərində millət vəkilliyinə namizədliyi irəli sürülən Məmmədova Nigar Fikrət qızı Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…