Azərbaycan Respublikası Prezidentinin köməkçisi və **Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından yayılan video **“deepfake” texnologiyası ilə hazırlanmış saxta məzmundur və reallığı əks etdirmir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.
Kamran Əliyevin rəhbərliyi ilə Bakıda geniş əməliyyat müşavirəsi keçirilib
Bildirilib ki, saxta video sosial şəbəkələrdə fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə yayılıb. MEDİA qeyd edir ki, belə süni intellekt köməyi ilə hazırlanmış dezinformasiya nümunələri ictimai rəyi çaşdırmağa yönəlib, Azərbaycan və Türkiyə arasında mövcud strateji müttəfiqliyə zərbə vurmağa, qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.
Agentlik cəmiyyəti yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa, jurnalistləri və ictimai fəalları isə saxta və yalan məlumat kampaniyalarına qarşı prinsipial mövqe sərgiləməyə çağırıb.
Eyni zamanda, MEDİA sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları saxta və zərərli məzmunun operativ şəkildə aradan qaldırılması və bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlər tətbiq etməyə dəvət edib.