Əsas məzmuna keç

FHN silsilə maarifləndirmə tədbirləri təşkil edib

FHN silsilə maarifləndirmə tədbirləri təşkil edib

Bakı, Gəncə və regionlarda yanğın, zəlzələ zamanı necə davranmalı? FHN-in mütəxəssisləri 112 qaynar xətt və təhlükəsizlik qaydaları ilə bağlı nələri açıqladı?

en ru

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Regional Mərkəzi (RM) tərəfindən Nərimanov rayonunda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda, Nəsimi rayonu Kliniki Tibbi Mərkəzdə, Xətai, Suraxanı və Qaradağ rayon ərazilərində fəaliyyət göstərən din xadimləri üçün, Şimal RM tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, RM tərəfindən Gəncə Şəhər Sukanal İdarəsində, Cənub RM tərəfindən Astara Rayon İcra Hakimiyyətinin Kakalos kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran RM tərəfindən Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Mingəçevir şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb RM tərəfindən Qəbələ Dəmiryol Stansiyasında və Qəbələ rayonu Dızaxlı kənd uşaq bağçasında, RM tərəfindən Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq baxçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…