Əsas məzmuna keç

Bakı bulvarında təmizlik işləri: Neft ləkələri təmizlənir

Bakı bulvarında təmizlik işləri: Neft ləkələri təmizlənir

Bakı buxtasında ekoloji təmizlik başlayıb: FHN və Ekologiya Nazirliyi Xəzər dənizindəki çirklənməni aradan qaldırmaq üçün xüsusi avadanlıqlar cəlb edib.

en ru

buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Dənizkənarı İdarəsindən bildirilib.

Qeyd edilib ki, tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövzə Qəza-Xilasetmə Xidməti arasında bağlanmış müvafiq müqaviləyə əsasən həyata keçirilir.

İşlər çərçivəsində FHN Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən suyun səthində toplanmış neft ləkələri və müxtəlif tullantılar, sahilyanı ərazilər təmizlənir.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və bəzi sahələrdə dayazlaşmanın müşahidə olunması ilə əlaqədar işləri zamanı xüsusi qurğu və avadanlıqlardan istifadə edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…