Əsas məzmuna keç

Leyla Əliyeva Xəzər sahilinin təmizlənməsi prosesinə rəhbərlik edir

Leyla Əliyeva Xəzər sahilinin təmizlənməsi prosesinə rəhbərlik edir

Heydər Əliyev Fondunun vitse-prezidenti ekoloji aksiyaya start verib. Xəzər dənizi sahillərində tullantıların təmizlənməsi ilə bağlı genişmiqyaslı tədbir keçirilir.

en ru

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində sahilboyu əraziyə yayılmış tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsi işləri davam etdirilib.

İştirakçıların sağlamlığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məqsədilə aksiya öncəsi onlara neft tullantıları ilə davranış, fərdi mühafizə vasitələrindən düzgün istifadə və fövqəladə hallarda görüləcək tədbirlərlə bağlı ətraflı təlimat verilib.

Aksiya nəticəsində toplanan neft tullantıları zərərsizləşdirilməsi məqsədilə müvafiq qaydada təhvil verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…