Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib

2 dəq
Paylaş:
FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin yaydığı müraciətdə qaydalarına əməl etməyin vacibliyi xatırladılıb.

"Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur," - məlumatda qeyd olunub.

Həmçinin vurğulanb ki, kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax