Əsas məzmuna keç

FHN-dən küləkli hava ilə bağlı MÜRACİƏT

FHN-dən küləkli hava ilə bağlı MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi güclü külək səbəbindən əhaliyə xəbərdarlıq edib. Təhlükəsizlik qaydaları və gözlənilən hava şəraiti barədə detalları oxuyun.

en ru

Fövqəladə Hallar Nazirliyi () çimərliklərdə qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilib ki, aparılan geniş maarifləndirmə işlərinə və şəraitində, eləcə də qeyri-çimərlik ərazilərində çimməyin təhlükələri barədə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb olur.

Qeyd olunub ki, ötən gün Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən, “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi qaydalara riayət etməyin vacibliyini bir daha göstərir.

FHN vətəndaşları küləkli havada dənizə girməməyə, qeyri-çimərlik ərazilərində çimməməyə və xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyə çağırıb.

“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!”, – deyə müraciətdə vurğulanıb.

Nazirlik xatırladıb ki, təhlükə zamanı 112 qaynar xəttinə zəng etmək lazımdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…